İndi biz Cənubi Qafqazda sülhə, sabitliyə yaxınıq - Əroğan

İndi biz Cənubi Qafqazda sülhə, sabitliyə yaxınıq - Əroğan

Bakı. TurkicWorld:

Azərbaycan rəhbərliyini Qlobal Bakı Forumunun uğurla keçirilməsinə görə təbrik edirəm.

TurkicWorld xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın XI Qlobal Bakı Forumun iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

“Qlobal Bakı Forumu illərdir təşkil edilir və adət halına çevrilib. Forumun mövzusu olan parçalanan dünyanın bərpası bizim üçün fundamental məsələdir. Faktiki olaraq daima artan qlobal və regional toqquşmalar qarşısında biz belə bir çağırışlara qarşı birgə fəaliyyət göstərməliyik.

Parçalanma regional səviyyədə başlayır, qlobal səviyyəyə yüksəlir. Bunun da öz fəsadları olur. Biz Rusiya-Ukrayna arasında sülhün əldə olunması üçün çalışırıq.

Cənubi Qafqaza nəzər salsaq, 30 ildən sonra Qarabağ işğaldan azad olundu. İndi isə biz sülhə, sabitliyə yaxınıq”,- deyə məktubdə bildirilib.

Qeyd edək ki, R.T.Ərdoğanın məktubunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım oxuyub.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir