Azərbaycanda keçirləcək COP29 çox mühim tədbirdir - BMT-də baş katibin müavini

Azərbaycanda keçirləcək COP29 çox mühim tədbirdir - BMT-də baş katibin müavini

Bakı. TurkicWorld:

Sudanda insanlar aclıqla üzləşir, Haitidə qarışıqlıq hökm sürür. Heç kəs bu hadisələrdən sığortalanmayıb.

TurkicWorld xəbər verir ki, BMT-də baş katibin siyasi məsələlər üzrə müavini Qay Rayder (Guy Ryder) XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

“Qlobal məsələləri həll etməliyik. Dünya həmrəy olaraq sürətlə hərəkət etməlidir. Uzun illərdir ayrıcı xəttləri yox edə bilmədik. Bu da bizim təhlükəsizliyimizi pozur. Dünya ictimaiyyəti yaranan problemləri həll etməlidir. Ancaq bu yolla parçalanan dünyanı bərpa edə bilərik. Gələcək nəsillər üçün üzərimizə uzunmüddətli öhdəliklər düşür. Onlar qərarların qəbul edilməsində iştirak etməlidir.

Azərbaycanda keçirləcək COP29 çox mühim tədbirdir. BMTAzərbaycanın sədrliyini tam dəstəkləyir”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.