Paşinyandan Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsi ilə bağlı AÇIQLAMA

Paşinyandan Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsi ilə bağlı AÇIQLAMA

Bakı. TurkicWorld:

Nikol Paşinyan sülh sazişi imzalanacağı təqdirdə Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsinin mümkün olduğunu bildirib.

TurkicWorld bu barədə erməni KİV-ə istinadən xəbər verir.

"Danışıqlar prosesində bu məsələ müzakirə olunub və olunur. Bizim mövqeyimiz belədir ki, beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsi prosesin ən sonunda, sülh sazişinin müddəaları razılaşdırılanda və tərəflərin artıq onu imzalamağa hazır olması bəlli olanda müzakirə oluna bilər.

Bu məntiqlidir. Sülh sazişi imzalanırsa, bir-birinə qarşı hüquqi müharibələr aparmaq nəyə lazımdır" - Paşinyan deyib.