ATƏT PA-dan 80-dən çox nümayəndə Azərbaycanda Prezident seçkilərini müşahidə edəcək

ATƏT PA-dan 80-dən çox nümayəndə Azərbaycanda Prezident seçkilərini müşahidə edəcək

Bakı. TurkicWorld:

ATƏT-in Parlament Assambleyasından (PA) olan 80-dən çox müşahidəçi fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri üçün ölkəmizə gələcək.

TurkicWorld-un Secki-2024.az-a istinadən xəbərinə görə, ATƏT PA-nın müşahidəçi nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın vitse-prezidenti Daniela De Ridder (Almaniya), ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri isə İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədr müavini Artur Gerasimov (Ukrayna) olacaq.

“Biz Prezident seçkilərinin demokratik prinsiplərə nə dərəcədə uyğun olduğunu, azad səsvermə prosedurlarının, ədalətli atmosferin, medianın əlçatanlığının və nəticələrin dəqiq işıqlandırılmasının təmin olunmasına nəzarət üçün ATƏT DTİHB missiyası ilə sıx əməkdaşlıq edirik”, - deyə D.De Ridder bildirib.

Qeyd edək ki, 1995-ci ildən indiyədək ATƏT PA-nın Azərbaycanda onuncu seçki müşahidəsi olacaq.