Bəzi Qərb dövlətləri Qarabağ ətrafında vəziyyəti sabitliyi pozmağa çalışır - Peskov

Bəzi Qərb dövlətləri Qarabağ ətrafında vəziyyəti sabitliyi pozmağa çalışır - Peskov

Bakı. TurkicWorld:

Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində deyib.

Onun sözlərinə görə, onlar regionda Rusiyaya qarşı açıq mübarizə aparırlar.

D.Peskov deyib ki, təxminən 3,4,5 il əvvəl diplomatik maskalarla aparılan mübarizə indi birbaşa aparılır, bu maskalar artıq çıxarılıb:

"Bir sıra ölkələr Qarabağ ətrafında vəziyyəti qeyri-stabilləşdirməyə cəhd edir. Bunun nəticəsində Azərbaycan rəsmən bəyan etdi ki, birtərəfli mövqe tutan ölkələr çətin ki, hansısa vasitəçilik roluna iddia edə bilsinlər. Əlbəttə, belə mövqe tutmaqla nəyəsə iddia etmək yersizdir. Bizi oradan sıxışdırmaq cəhdinə gəlincə, biz bunu bilirik və Rusiya bununla bağlı səylərini davam etdirir", - deyə D.Peskov qeyd edib.

O əlavə edib ki, Qərb ölkələri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır, lakin heç kim regionda sülh və sabitliyin təminatçısı kimi çıxış edə bilməz.