Yüzlərlə azərbaycanlı əsirlik dövründəki təzyiqlər səbəbindən ömürlük əlilliyə məhkum qalıblar - Səbinə Əliyeva

Yüzlərlə azərbaycanlı əsirlik dövründəki təzyiqlər səbəbindən ömürlük əlilliyə məhkum qalıblar - Səbinə Əliyeva

Bakı. TurkicWorld:

Yüzlərlə azərbaycanlı əsirlik dövründə gördüyü fiziki, psixoloji təzyiqlər səbəbindən ömürlük əlilliyə məhkum qalıblar.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatında bildirib.

"Kəlbəcər rayonunun işğalı (02.04.1993) zamanı girov götürülən azərbaycanlılara "nəzarət edən" erməni əsilli həkim Aida Serobyan 31.03.1993-cü il təvəllüdlü Arzu Hacıyevə naməlum tərkibli iynələr yeridərək, uşağın ömürlük əlil qalmasına səbəb olub. Arzu Hacıyev 2003-cü ildə dünyasını dəyişib.

Hərbi əsirlərə qarşı tətbiq olunan çoxsaylı işgəncə faktlarından biri kimi Mürşüdov Sədrəddin Aslan oğlunun döyüldükdən sonra şüşə qırıqları udmağa məcbur edilməsi aşkarlanmışdır və s. 5 Bundan əlavə, tərəflər arasında cəsədlərin dəyişdirilməsindən sonra aparılan tibbi ekspertizalar nəticəsində cansız bədənlər üzərində ölümündən əvvəl və sonra işgəncə, alçaldılma kimi əməllərin həyata keçirilməsi təsdiqlənib", - deyə qeyd edilib.