Milli Məclis ombudsmanın məruzəsini təsdiqləyib

Milli Məclis ombudsmanın məruzəsini təsdiqləyib

Bakı. TurkicWorld:

Milli Məclis Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini təsdiq edib.

TurkicWorld-ün məlumatına görə, məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edib.

O qeyd edib ki, "Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.

"İnsan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi vəzifəsinin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimai-siyasi sabitliyin möhkəmlənməsinə və insan hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edir. Hüququn aliliyi prinsipinə və xalqın maraqlarına xidmət edən, dünya dövlətləri sırasında nüfuzu daim artmaqda olan və söz sahibinə çevrilən respublikamız insan hüquqlarının qorunmasına yönəlmiş bir sıra mühüm layihələrin təşəbbüskarı olmaqla bərabər, qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir", - deyə o əlavə edib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.