Məktəblərdə qida təhlükəsizliyinə diqqət artırılmalıdır - Səbinə Əliyeva

Məktəblərdə qida təhlükəsizliyinə diqqət artırılmalıdır - Səbinə Əliyeva

Bakı. TurkicWorld:

Məktəbəqədər, orta və ali təhsil müəssisələrində qidanın təhlükəsizliyinə və rasionuna diqqət daha da artırılmalıdır.

TurkicWorld-ün məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisdə "Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsini təqdim edərkən deyib.

O qeyd edib ki, yetkinlik yaşına çatmayanlar üçün qəbul edilməsi qadağan olunan və ya məqsədəmüvafiq hesab edilməyən qida məhsullarının satışına nəzarət isə gücləndirilməlidir.

"Bu sahədəki çatışmazlıqların vaxtında aşkar edilməsi üçün müntəzəm olaraq planlı və plandankənar monitorinqlərin keçirilməsi də vacibdir", - deyə S.Əliyeva deyib.