Regionda sülhün və sabitliyin təmin olunması üçün Azərbaycanın ərazi bütövlüyü dəstəklənməlidir - Cahit Bağcı

Regionda sülhün və sabitliyin təmin olunması üçün Azərbaycanın ərazi bütövlüyü dəstəklənməlidir - Cahit Bağcı

Bakı. TurkicWorld:

Xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Qarabağdakı mövcud vəziyyətlə bağlı Azərbaycandakı diplomatik nümayəndəliklər üçün təşkil etdiyi toplantıda iştirak etdik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit bağcı "X" hesabında yazıb.

Diplomat bildirib ki, biz Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin öz suverenliyi və ərazi bütövlüyü çərçivəsində ehtiyaclarını ödəmək üçün göstərdiyi yardım səylərini dəstəkləyirik.

Türkiyə hesab edir ki, regionda sülhün və sabitliyin təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar sahədəki səyləri dəstəklənməli, vəziyyəti daha da gərginləşdirəcək bəyanatlardan və hərəkətlərdən çəkinmək lazımdır.