Ərdoğan bu gün Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək

Ərdoğan bu gün Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 26 iyulda imzaladığı sərəncamla Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub.