MİNEPS konfransının sonunda Bakı Bəyannaməsinin qəbulu planlaşdırılır

MİNEPS konfransının sonunda Bakı Bəyannaməsinin qəbulu planlaşdırılır

Bakı. TurkicWorld:

Nazirlərin və Yüksək vəzifəli şəxslərin bədən tərbiyəsi və idman üzrə VII Beynəlxalq Konfransının (MINEPS VII) yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov MİNEPS VII çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Fərid Qayıbov MINEPS konfransının idmanın inkişafına təkan verən beynəlxalq forum kimi əhəmiyyətini qeyd edib, həmçinin "Fit For Life" təşəbbüsünün pandemiyadan sonrakı dövrdə idmanın stimullaşdırılmasında rolunu vurğulayıb. O vurğulayıb ki, Azərbaycan Gənclər və İdman Nazirliyi sağlam cəmiyyətin yaradılmasına, bütün yaş qruplarından mümkün qədər çox insanın idmana cəlb olunmasına çalışır.

İyunun 26-29-da Bakıda 150-dək ölkənin nümayəndələrinin iştirakı gözlənilən bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransına (MINEPS VII) ev sahibliyi edir. İyunun 26-27-də bu konfrans çərçivəsində çoxtərəfli forum keçirilib.