Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülhə nail ola biləcək - ATƏT PA-nın Prezidenti

Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülhə nail ola biləcək - ATƏT PA-nın Prezidenti

Bakı. TurkicWorld:

Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülhə nail ola biləcək.

TurkicWorld xəbər verir ki, bunu Trend-ə açıqlamasında ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt deyib.

O bildirib ki, parlament diplomatiyasını təşviq etmək məqsədilə, eyni zamanda stabilliyi və iki ölkə arasında görüşləri təbliğ etmək məqsədilə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edib.

“Biz sülh tərəfdarıyıq. ATƏT Parlament Assambelyasının Prezidenti olaraq bildirirəm ki, sülh ən vacib məsələdir və biz bu istiqamətdə çalışırıq”, - deyə o bildirib.