Son dəqiqə

Rusiya Rusiyada turistlərin itməsi Kuril adalarında turistlərin itməsi İturup adasında itkin turistlər Baranski vulkanı Baranski vulkanında turistlərin itməsi Rusiyada axtarış-xilasetmə əməliyyatı

Rusiyanın Kuril adalarında 10 turist itkin düşüb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Rusiyanın Kuril adalarından olan İturup adasında yerləşən Baranski vulkanı ərazisində 10 nəfərlik turist qrupu ilə əlaqə kəsilib.

TurkicWorld xəbər verir ki, bu barədə Saxalin vilayətinin Kuril bələdiyyə dairəsinin rəhbəri Konstantin İstomin öz “Telegram” kanalında məlumat verib.

“On nəfərlik turist qrupu ilə Baranski vulkanı ərazisində əlaqə kəsilib. Bu barədə Birləşmiş növbətçi-dispetçer xidmətinə məlumat daxil olub. Axtarış işlərinə xilasedicilər, Daxili İşlər Nazirliyinin əməkdaşları və dairə administrasiyasının nümayəndəsi cəlb edilib” – deyə məlumatda qeyd olunub.

Hazırda axtarışlarda altı nəfər iştirak edir. İstomin vəziyyətin onun şəxsi nəzarətində olduğunu bildirib və əlavə edib ki, yaxın saatlarda Qornoye və Qoryaçiye Klyuçi qarnizonlarının hərbçiləri də axtarışlara qoşulacaq.

Məlumat üçün bildirək ki, Baranski vulkanı aktivdir və onun hündürlüyü 1125 metrdir.

Mövzuya görə xəbərlər