Bakı, TurkicWorld
Fələstinin Mədəniyyət Naziri İmad Həmdan, Fələstinin mədəni irsi hesab edilən keffiyənin İSESCO-nun (İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət sahəsində əməkdaşlıq təşkilatı) Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Nazir Həmdan, Fələstin keffiyəsinin ölkənin milli kimliyinin simvolu olduğunu və xalqının azadlıq uğrunda apardığı mübarizənin və həmrəyliyin əsl şahidi olduğunu vurğulayıb. O, keffiyənin bu siyahıya daxil edilməsini Fələstin üçün böyük bir milli nailiyyət kimi qiymətləndirib.
Qeyd edək ki, Fələstin 2015-ci ildən etibarən hər il 16 noyabr tarixini Milli Keffiyə Günü kimi qeyd edir.