Bakı, TurkicWorld
Afrikanın qərbində leysan yağışlar və daşqınlar səbəbindən bir milyona yaxın insan evlərini tərk edib
TurkicWorld xəbər verir ki, bu barədə Save The Children beynəlxalq təşkilatı bəyanat yayımlayıb.
Açıqlamada, bu səbəbdən təxminən 1 milyon insanın Mali, Niger və Nigeriyada evlərini tərk edərək köç etmək məcburiyyətində qaldığı paylaşılıb.
Bəyanatda, daşqınların yüz minlərlə uşağa mənfi təsir etdiyi, bir çox bölgədə epidemiya riskinin artdığı və qida problemlərinin yaşandığı bildirilib.
Məlumat üçün qeyd edək ki, Mali, Nigeriya və Nigerdə leysan yağışlar və daşqınlar nəticəsində 460-dan çox insan həyatını itirib.
Mali, Nigeriya, Efiopiya və Niger kimi Afrika ölkələrində leysan yağışların səbəb olduğu daşqınlarda yüzlərlə insan həyatını itirib, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Hafiz Rufizoğlu