Son dəqiqə

Yaponiya

Yaponiyada qasırğa nəticəsində üç nəfər ölüb

Bakı,TurkicWorld

Yaponiyada Şanşan qasırğasının törətdiyi leysan yağışlar və torpaq sürüşməsi nəticəsində üç nəfər ölüb, 40 nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat verib.

Səlahiyyətlilər, ilkin məlumatlara görə, Kaqosima, Kumamoto və Miyazaki şəhərlərində güclü yağış və külək nəticəsində 40 nəfərin xəsarət aldığını bildirib.

Bəzi bölgələrdə qatarların və reyslərin ləğv edildiyini, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyini bildirib.

JMA dünən Şanşan qasırğası səbəbiylə Kaqoşima bölgəsi üçün təcili xəbərdarlıq edib və qasırğanın sürətinin saatda 250 kilometrə çatdığı təxmin edildiyini açıqlayıb.

Mövzuya görə xəbərlər