İsrail ordusu ilə Hizbullah arasında qarşılıqlı hücumlar davam edir

İsrail ordusu ilə Hizbullah arasında qarşılıqlı hücumlar davam edir

Bakı, TurkicWorld

Livanın cənubunda İsrailin dinc əhalinin ölümünə səbəb olan hücumuna cavab olaraq sərhəd bölgəsində yaşayış məntəqələri hədəfə alınıb.

TurkicWorld xəbər verir ki, İsrail sərhəd xəttində yerləşən Şumira qəsəbəsinə onlarla Katyuşa raketi atıb.

Bundan başqa, İsrailin Ər-Rahib hərbi mövqeyi artilleriya atəşinə tutulub.

Qeyd edək ki, İsrail ordusuna məxsus döyüş təyyarələri dünən Livanın cənubundakı Hanin qəsəbəsində iki mərtəbəli binaya hava hücumu həyata keçirib. Hücumda bir qadın, bir uşaq ölüb və altı mülki şəxs yaralanıb.