İsrail İordaniyadan Qəzzaya yardım maşınlarının keçməsini qəbul edib

İsrail İordaniyadan Qəzzaya yardım maşınlarının keçməsini qəbul edib

Bakı. TurkicWorld:

İsrail İordaniyadan Qəzzaya yardım maşınlarının keçməsini qəbul edib.

TurkicWorld xəbər verir ki, İsraildə Nazirlər Kabineti İordaniyaya aid yardım maşınlarının ölkə ərazisindən keçməsinə və birbaşa Qəzza zolağına çatdırılmasına icazə verib.

Humanitar yardımın Aşdod Limanı və Beyt Hanun (Erez) Sərhəd Qapısı vasitəsilə bölgəyə çatdırılmasına müvəqqəti icazə veriləcək.

Qeyd edək ki, 2 aprel tarixində World Central Kitchen (WCK) xeyriyyə komandası yeddi üzvünün İsrailin Qəzzaya hücumu nəticəsində həlak olduğunu təsdiqləyib. Həlak olan yeddi yardım işçisi Avstraliya, Fələstin, Polşa, Böyük Britaniya, həmçinin ABŞ və Kanadanın ikili vətəndaşıdır.

Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Hafiz Rufizoğlu