Qəzzada 1 milyondan çox insan həddindən artıq qida çatışmazlığından əziyyət çəkir - BMT

Qəzzada 1 milyondan çox insan həddindən artıq qida çatışmazlığından əziyyət çəkir - BMT

Bakı. TurkicWorld:

Qəzzada 1 milyondan çox insan həddindən artıq qida çatışmazlığından əziyyət çəkir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) X sosial media hesabında paylaşım edib.

Paylaşımda xüsusilə şimalda insanların həyatını xilas etmək üçün kifayət qədər ərzaq yardımının quru yolla paylanmasının alternativinin olmadığını vurğulanıb.

"Ancaq giriş maneələri (İsrail tərəfindən) qalır və vaxt daralır. Qəzzada 1,1 milyondan çox insan həddindən artıq ərzaq çatışmazlığı ilə üzləşir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01