Qəzza müharibəsində Səudiyyə Ərəbistanının real mövqeyi nədir?

Qəzza müharibəsində Səudiyyə Ərəbistanının real mövqeyi nədir?

Bakı, TurkicWorld

Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəisi, şahzadə Turki əl-Faysal səudiyyəlilərin Qəzza müharibəsinə necə baxdığını açıqlayıb. TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının ingiliscə nəşr olunan “Arab News” qəzetinin “Açıq danışan” podcastına qatılan Feysal Ər-Riyad rəhbərliyinin Qəzzada sülhün təmin edilməsində mühüm rol oynadığını bildirib.

“Səudiyyə Ərəbistanı bunun üçün bütün imkanları səfərbər edir. Münaqişənin başlanğıcından bəri Krallıqda keçirilən sammitlər Səudiyyə Ərəbistanının təkcə israillilər üçün deyil, hamı üçün sülh və təhlükəsizlik bərqərar etməkdə maraqlı olduğunu göstərir”-deyə o bildirib.

1977-2001-ci illərdə Səudiyyə Ərəbistanının Xarici Kəşfiyyat İdarəsi Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edən Şahzadə Türki 7 oktyabrda başlayan Qəzza müharibəsindən əvvəl İsrail ilə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinə də toxunub.

Feysal ərəb-yəhudi normallaşma prosesindəki danışıqların əsas predmeti kimi Ər-Riyad rəhbərliyinin müstəqil Fələstin dövləti tələbindən əl çəkmədiyini vurğulayıb.

“Səudiyyə rəsmilərinin, vəliəhd şahzadəmizin və xarici işlər nazirimizin açıqlamalarından gördüyüm kimi, İsraillə normallaşma deyilən proses dayana bilər. Normallaşma prosesi, Fələstin dövlətinin qurulması üçün bütün lazımi tədbirlər görülmədən baş tutmayacaq.Bu, əvvəldən Səudiyyə Ərəbistanının rəsmi mövqeyidir. Səudiyyə Ərəbistanı İsrail və ərəb dünyası arasında tam sülhə nail olmaq üçün yeganə etibarlı yol Fələstin dövlətinin tanınmasıdır”-deyə o qeyd edib. .

Şahzadə Türki Qəzza sona çatması üçün danışıqların balanslı və əhatəli şəkildə aparılması lazım olduğunu ifadə edərək, “HƏMAS kimi Fələstindəki bəzi qruplar Oktyabrın 7-də etdiklərinə görə, eləcə də, İsrailin bəzi siyasi partiyaları Ərəb-yəhudi normallaşma prosesində işitak etməli deyillər”-deyib.

2005-2007-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri vəzifəsində çalışmış Faysal Cənubi Afrikanın yanvar ayında Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı soyqırım işi də gündəmə gətirilib. “ICJ İsrailin Qəzzada soyqırımın qarşısını almaq üçün bütün tədbirləri görməlidir. Avropa, Amerika, Asiya, Afrika və Latın Amerikasının böyük şəhərlərinin küçələrində dünya insanlarının reaksiyasını, nümayişləri gördük. Harada olursunuzsa olun, insanlar küçələrə axışaraq İsrailin Fələstin xalqına və Qəzzaya qarşı vəhşi hücumlarını pisləyir. ICJ artıq bildirib ki, İsrailin bu torpaqlarda soyqırım törətdiyini güman etmək üçün əsaslar var. Yəni buna inanan tək mən deyiləm” –deyə o qeyd edib.

Faysal həmçinin Qəzza zolağındakı yeraltı tunel şəbəkəsinin HƏMAS tərəfindən silah anbarı və qərargah kimi istifadə edildiyinə dair iddiaları dəstəkləyəcək heç bir dəlilin olmadığını qeyd edib.

Səudiyyə Ərəbistanı rəsmisi İranın dəstəklədiyi husilərin Qırmızı dənizdəki hücumlarından sonra ABŞ-ın təşkilatı yenidən terror siyahısına salmasını “ironik bir vəziyyət” adlandırıb.

ABŞ-ın husiləri 2021-ci ildə terror siyahısından çıxardığını və Yəməndəki vətəndaş müharibəsi ilə bağlı sülh danışıqlarında Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etdiyini xatırladan Feysal, Qəzza müharibəsindən sonra vəziyyət dəyişəndə ​​Vaşinqtonun özünü qorumaq üçün fərqli mövqe tutduğunu bildirib.

ABŞ prezidenti Co Baydenin 2019-cu il seçki kampaniyasında Səudiyyə Ərəbistanını “oyundan kənar” kimi xarakterizə etdiyini xatırladan Feysal, Vaşinqtonun hal-hazırda Ər-Riyadın mühüm tərəfdaş olduğunu anladığını bildirib.

“ABŞ-da qarşıdan gələn prezident seçkilərinə işarə edən Şahzadə Türki həm Baydenin, həm də Trampın Səudiyyə Ərəbistanının dünya siyasətindəki yerini tanıdığını bildirib və seçki yarışının “çox çətin olacağını” vurğulayıb.