Səudiyyə Ərəbistanı Ukraynaya 12-ci yardım təyyarəsini göndərib

Səudiyyə Ərəbistanı Ukraynaya 12-ci yardım təyyarəsini göndərib

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı Ukraynaya 12-ci yardım təyyarəsini göndərib.

TurkicWorld xəbər verir ki, Krallıq tərəfindən bu dəfə yardım çərçivəsində 80 ton tutumlu generatorlar və elektrik cihazları göndərilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı daha əvvəl Ukraynaya 100 milyon dollar dəyərində yardım materialları da daxil olmaqla 400 milyon dollar məbləğində humanitar yardım paketi təqdim edib. Ayrıca Səudiyyə İnkişaf Fondunun qrantı olaraq 300 milyon dollar dəyərində neft məhsulları da Ukraynaya yardım kimi göndərilib.

Krallıq Ukraynadan olan qaçqınlara qonşu ölkələrə, xüsusən də Polşaya tibbi və sığınacaq yardımı göstərmək üçün onlar arasında bərabər şəkildə bölüşdürülmüş 10 milyon ABŞ dolları dəyərində iki birgə əməkdaşlıq müqaviləsi imzalayıb.

X: Lamanasadli01