İtaliyada Fələstinə dəstək məqsədilə kütləvi nümayiş keçirilib

İtaliyada Fələstinə dəstək məqsədilə kütləvi nümayiş keçirilib

Bakı. TurkicWorld:

İtaliyada Fələstinə dəstək məqsədilə kütləvi nümayiş keçirilib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, nümayişlər İtaliyanın Piza şəhərində baş tutub.

Nümayişçilər Netenyahu hökumətinin Qəzzadakı siyasətini pisləyib və davam edən hücumların dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Hafiz Rufizoğlu