İsrailin Qəzzaya davamlı hücumları müharibənin genişlənməsi riskini artırır – İordaniya XİN

İsrailin Qəzzaya davamlı hücumları müharibənin genişlənməsi riskini artırır – İordaniya XİN

Bakı. TurkicWorld:

İsrailin Qəzzaya davamlı hücumları müharibənin genişlənməsi riskini artırır.

TurkicWorld-un məlumatına görə, bu barədə İordaniyanın xarici işlər naziri Ayman əs-Safadi deyib.

İordaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Safadi Əmmanda fransalı həmkarı Stefan Sejourne ilə görüşüb.

Hər iki nazir Qəzzada tam atəşkəs və mülki əhalinin müdafiəsini təmin etmək üçün birgə səylərin davam etdirilməsi, eləcə də Qəzzənin bütün hissələrinə adekvat və davamlı humanitar yardımın çatdırılmasını müzakirə ediblər.

Safadi bildirib ki, İordaniya fələstinlilərin məcburi köçürlüməsini qəbul etmir.

Nazir bəyan edib ki, beynəlxalq ictimaiyyət BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) dəstəyi davam etdirməlidir.

Stefan Sejourne bildirib ki, Fransa UNRWA-ya dəstəyini dayandırmayıb.

Sejourne həmçinin UNRWA-nı irəli sürülən ciddi iddialardan sonra ən yüksək səviyyədə şəffaflıq nümayiş etdirməyə çağırıb.

Hafiz Rufizoğlu