Almaniya Aİ-dən çıxmaq üçün referendum keçirməyi planlaşdırır

Almaniya Aİ-dən çıxmaq üçün referendum keçirməyi planlaşdırır

Bakı. TurkicWorld:

Almaniya Avropa İttifaqından çıxmaq üçün referendum keçirməyi planlaşdırır.

TurkicWorld-un məlumatına görə, bu barədə Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alice Weidel bildirib.

“Biz seçkisiz fəaliyyət göstərən Avropa Komissiyası da daxil olmaqla Aİ qurumlarının səlahiyyətlərini məhdudlaşdıracağıq. Buna nail olmaq mümkün olmasa, Böyük Britaniyanın keçirdiyi Brexit tipli, “Dexit” referendumunu təşkil edəcəyik” -deyə o bildirib.

Siyasətçi qeyd edib ki, səsləri sürətlə artan AfD partiyası Aİ-nin hakimiyyətə gələcəyi təqdirdə görəcəyi tədbirlərlə onun “demokratik çatışmazlıqlarını” aradan qaldırmağa çalışır.

“Böyük Britaniyanın Aİ-dən çıxması tamamilə doğru qərardır. Londonun 2016-cı ildə keçirdiyi referendum Almaniya üçün bir nümunədir.” -deyə Alice Weidel bildirib.

Xatırladaq ki, noyabr ayında Berlin yaxınlığındakı Potsdamdakı oteldə AfD və digər ifrat sağçı qrupların nümayəndələri ilə keçirilən görüşdə “Kütləvi köçürmə planı” müzakirə edilməsi Almaniyada ciddi etirazlara səbəb olub.

Bu nümayişlərdə insanlar nasizmin dirçəlişini tənqid ediblər. Nümayişçilər Hitlerin də hakimiyyətə gəlişinə kiçik yığıncaqlarla başladığını və dörd il ərzində bütün ölkəni nəzarətə götürdüyünü insanlara xatırladıblar. Bunun üzərinə AfD əleyhinə şüarlar səsləndirilib və onun bağlanması tələb edilib.

Hafiz Rufizoğlu