Macarıstan İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini açıqlayıb

Macarıstan İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini açıqlayıb

Bakı. TurkicWorld:

Macarıstan İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini açıqlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Macarıstan Baş naziri Viktor Orban Yens Stoltenberqlə telefon danışığında deyib.

“Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqlədik. Macarıstan Milli Assambleyasını İsveçin üzvlüyünün lehinə səs verməyə və ilk mümkün fürsətdə ratifikasiyanı yekunlaşdırmağa çağırmağa davam edəcəyik” - deyə Orban bildirib.

İsveç xarici işlər naziri Tobias Billström qeyd edib ki, Macarıstan üzvlük məsələsini mümkün qədər tez təsdiqləməsini ümid edirik.

Xatırladaq ki, dünən İsveçin NATO-ya üzvlüyü TBMM-də təsdiqlənib.

Hafiz Rufizoğlu