"Brent" markalı neftin qiyməti 75,72 dollara yüksəlib

"Brent" markalı neftin qiyməti 75,72 dollara yüksəlib

Bakı. TurkicWorld:

"Brent" markalı neftin Londonun "ICE Futures" birjasında fevral fyuçerslərinin qiyməti 1,67 dollar (2,26%) artaraq 75,72 dollar/barelə çatıb.

TurkicWorld-un məlumatına görə, "WTI" markalı neftin yanvar fyuçerslərinin "NYMEX" birjasında qiyməti 1,62 dollar (2,34%) bahalaşaraq 70,96 dollar/barelə çatıb.

ABŞ dollarının altı əsas dünya valyutası qarşısında dəyərini ölçən "DXY" indeksi 0,3% yüksələrək ABŞ valyutasında kotirovka edilən malların cəlbediciliyini azaldır.