Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

Bakı. TurkicWorld:

Cümə günü səhər dünyada neft qiymətləri təqribən 1% azalıb.

TurkicWorld xəbər verir ki, Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 1,05% ucuzlaşaraq bir bareli 73,42 dollara düşüb. WTI markalı neftin avqust fyuçerslərinin qiyməti də 0,97% ucuzlaşaraq bir bareli 68,78 dollara düşüb.

İnvestorlar ABŞ-də "qara qızıl" ehtiyatlarının statistikasını öyrənirlər. Ötən həftə neftin kommersiya ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) gözlənilmədən 3,8 milyon barel azalaraq 463,3 milyon barel olub.

Digər tərəfdən benzin ehtiyatları 0,5 milyon barel artaraq 221,4 milyon barelə, distilyat ehtiyatları isə 0,4 milyon barel artaraq 114,3 milyon barelə çatıb. Bu həftə ərzində ABŞ-də neft hasilatı 200 min barel azalaraq gündəlik 12,2 milyon barel olub.