Biz öncə onun nədən danışdığını dəqiq başa düşməliyik - Peskov

Biz öncə onun nədən danışdığını dəqiq başa düşməliyik - Peskov

Bakı. TurkicWorld:

Biz hələ də onun nədən danışdığını dəqiq başa düşməliyik, erməni dostlarımızdan məlumat alacağımızı gözləyirik.

TurkicWorld xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Nikol Paşinyanın WSJ-yə müsahibəsində dedikləri ilə bağlı danışarkən bildirib.

"Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizlik sahəsindəki əlaqələrin şaxələndirilməsi ilə bağlı dediklərinə aydınlıq gətirəcəyinə ümid edir", - deyə o qeyd edib.

Peskov bildirib ki, bu məsələ Ermənistanla təmaslar zamanı müzakirə ediləcək.

Kreml rəsmisinin fikrincə, Rusiya və Ermənistan arasında dialoqun müxtəlif nəşrlər, xüsusilə "The Wall Street Journal" vasitəsilə saxlanması bəyənilən deyil: "Ona görə də biz erməni dostlarımızla söhbətimizi, dialoqumuzu davam etdiririk və bundan sonra da davam etdirəcəyik, bizim çox geniş gündəliyimiz var".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan "The Wall Street Journal"a müsahibəsində Ermənistanın "Rusiya hərbçilərinin öz ərazisində qalması ilə bağlı heç bir üstünlük görmədiyini" deyib. O, bu müsahibə zamanı bildirib ki, Rusiya Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirləri zamanı "öhdəliklərini yerinə yetirməyib" və buna görə də İrəvan yeni tərəfdaşlar axtarır.