Moskva Paşinyanın Avropa Parlamentindəki çıxışını təxribat xarakterli hesab edib

Moskva Paşinyanın Avropa Parlamentindəki çıxışını təxribat xarakterli hesab edib

Bakı. TurkicWorld:

Moskva Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını tamamilə təxribat xarakterli hesab edir.

TurkicWorld xəbər verir ki, bu barədə Moskvadakı yüksək rütbəli mənbə TASS agentliyinə bildirib.

Mənbənin məlumatına görə, Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində xüsusən Rusiya-Ermənistan münasibətlərinə dair çıxışını tamamilə məsuliyyətsiz və təxribat xarakterli olaraq qiymətləndirilir.

Xatırladaq ki, Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Rusiyanı Ermənistanda hakimiyyəti devirmək cəhdində ittiham edib.

Bundan başqa, Ermənistanın baş naziri məhz "rus sülhməramlılarının fəaliyyətsizliyi sayəsində ermənilərin Qarabağı tərk etdiyini" əlavə edib.