Bakı. TurkicWorld:
Klassik ədəbiyyatımızın öyrənilməsinə son illərdə hazırlanmış “Ədəbiyyat”dərsliklərində xüsusi önəm verilmişdir. Başqa sözlə, istər ümumi orta təhsil pilləsi, istərsə də tam orta təhsil pilləsinə aid “Ədəbiyyat” dərsliklərində klassik ədəbiyyata qədərincə yer ayrılmışdır. Bu, təsadüfi deyildir; böyük humanist dəyərləri özündə əks etdirən klassik dövr Azərbaycan ədəbiyyatı şagirdlərin mənəvi tərbiyəsində mötəbər mənbə, qüdrətli vasitədir. Bununla bağlı məktəbə praktik köməyin göstərilməsi isə vacibdir. İlk növbədə ona görə ki, klassik ədəbiyyat nümunələrinin məktəbdə öyrədilməsi bir sıra çətinliklərlə müşayiət olunur. Bunu təkcə klassik ədəbiyyat nümunələrində ərəb, fars sözlərinin olması ilə izah etmək doğru ölmazdı. Ən mühüm çətinliklərdən biri klassiklərimizin poetik düşüncələrindəki özəllikdir. Məsələni qəlizləşdirən digər problemlər də var. Zəngin və dərin Şərq fəlsəfəsi, islam dinindən əxz edilmiş fikirlər klassik ədəbiyyatımızın başa düşülməsini çətinləşdirən mühüm cəhətlərdəndir. Bütün bunları mütaliə və həyat təcrübəsi az olan məktəblilər üçün əlçatan etmək metodikanın və müəllimin mühüm vəzifəsi hesab edilir. Bu istiqamətdə səmərəli metodik tövsiyələrin hazırlanması, təbiidir ki, təkcə bədii əsərlərin öyrədilməsi ilə məhdudlaşmamalıdır. Klassiklərin əsərlərinin zəngin məzmunu müxtəlifyönümlü təlimi işlərin aparılmasına geniş imkan verir.
Bunların sırasında bədii-estetik və əxlaqi-mənəvi tərbiyə öndə dayanır. Bədii əsərlərin tədrisində onların tərbiyəvi imkanlarının reallaşdırılması ardıcıl, sistemli işin aparılması sayəsində mümkün olur. Əlbəttə, əsərin ideya-məzmununun öyrənilməsi, xüsusən obrazların təhlili şagirdlərə güclü təsir edir, müəyyən əxlaqi nəticələr çıxarmalarına səbəb olur. Bütün bunlar nə qədər faydalı olsa da, bədii əsərin tərbiyəvi imkanlarının reallaşdırılması məqsədyönlü, planauyğun işin aparılmasını zəruri edir.
Tədqiqatlar, xüsusən məktəb təcrübəsindən məlumdur ki, əsərin bütövlükdə öyrənilməsi prosesində onun tərbiyəvi imkanlarının həyata keçirilməsi istiqamətində işin aparılması mümkündür. Başqa sözlə, əsərin oxusu, məzmununun mənimsənilməsi, təhlili mərhələlərində şagirdlərin mənəvi tərbiyəsinin zənginləşdirilməsi istiqamətində müxtəlifnöv işlərin aparılmasına şərait yaranır. Bu işlərin uğurlu olması isə təlim metodlarının seçilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Daha dəqiq deyilsə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün daha sərfəli metodların müəyyənləşdirilməsi və ustalıqla tətbiqi nəzərdə tutulmuş işin uğurlu olmasına, səmərəli nəticələrin əldə edilməsinə imkan yaradır.
Bəs hansı təlim metodlarının tətbiqi daha faydalıdır? Məktəb təcrübəsində ənənəvi və fəal təlimə məxsus metodlardan istifadə nisbəti necədir?
Təlim metodlarının tətbiqi ilə bağlı məktəbdə bu gün aşağıdakı vəziyyət müşahidə edilir:
müəllimlərin bir qismi ənənəvi metodlardan istifadə ilə məhdudlaşır; müəllimlərin bir qrupu isə ənənəvi metodlarla yanaşı, fəal təlimə məxsus metodlardan da qismən istifadə edir; üçüncü qrup, əsasən, fəal təlim metodlarından istifadə edir, ənənəvi metodlara qismən müraciət edir (belələri sayca azdır).
Artıq xeyli vaxtdır ki, məktəblərimizdə fəal təlim metodlarına müraciət olunur. Lakin etiraf edilməlidir ki, həmin metodların geniş həcmdə mənimsənilməsi və tətbiqi vəziyyəti qənaətbəxş deyildir. Pedaqoji mətbuatda və tədqiqatlarda bu barədə az danışılmamışdır. Məsələn, ədəbiyyat dərslikləri üzrə müəllimlər üçün çap olunmuş metodik vəsaitlərdə fəal təlimə məxsus təlim metodlarının tətbiqi ilə dərslərin keçilməsinə aid maraqlı nümunələr var. Onların mənimsənilməsi və tətbiqi müəllimlərin bu sahə ilə bağlı zəruri bacarıqlara yiyələnmələrinə və bu bacarıqların tədricən zənginləşməsinə səbəb olar. Təəssüf ki, bu işin reallaşması çox ləng gedir. Deyildiyi kimi, ənənəvi metodlardan istifadə halları daha çoxdur. Əlbəttə, ənənəvi təlim metodlarından, yeri gəldikcə istifadə olunması mümkündür və istifadə olunur da... Lakin bu məsələdə ifrata varmaq xeyir yox, zərər gətirər. Ənənəvi təlimi bir kənara atmaq, tamamilə gərəksiz saymaq qеyri-mümkündür. Ənənəvi təlimdə bu gün, еləcə də sabah üçün faydalı çох şеy var; bunları, sadəcə оlaraq, yaşatmağı, yеni təlimi yanaşmalarla uzlaşdırmağı bacarmaq lazımdır. Хüsusən ənənəvi təlim mеtоdları, bəziləri anlaya bilməsə də, fəal/intеraktiv təlimlə, nеcə dəyərlər, yanaşı, çiyin-çiyinə yaşayır, fəaliyyət göstərir.
Diqqət еdin, fəal/intеraktiv dərsin mühüm mərhələsi − sövqеtmə (mоtivasiya) müəllimin şərhi, müsahibə mеtоdlarının aparıcı mövqеyi ilə rеallaşdırılır. Sоnrakı mərhələdə (tədqiqatın aparılması) fəal/intеraktiv «mеtоdlar» ənənəvi mеtоdlarla (şagirdlərin müstəqil işi, kitab üzərində iş) qarşılıqlı əlaqədə tətbiq еdilir. Dərsin infоrmasiya mübadiləsi mərhələsində müsahibə yеnə bir mеtоd kimi mühüm yеr tutur. Növbəti mərhələdə (infоrmasiyanın müzakirəsi və təşkili) tətbiq оlunan mеtоdların sırasında müəllimin şərhi az yеr tutsa da, müsahibəyə gеniş yеr vеrilir. Еləcə də dərsin sоnrakı mərhələlərində müsahibə, şagirdlərin müstəqil işi mеtоdlarından bu və ya digər dərəcədə istifadə оlunur.
Ədəbiyyat təliminin spеsifik mеtоdu оlan ifadəli охunun tətbiqi isə həmişə labüd оlacaq. Bir az da dəqiq dеsək, hansı tехnоlоgiyanın tətbiq еdilməsindən asılı оlmayaraq ifadəli охu ədəbiyyat təlimində öz mühüm və əhəmiyyətli mövqеyini həmişə qоruyub saхlayacaqdır.
Deyilənlərdən aydınlaşır ki, klassik ədəbiyyatdan nümunələrin ümumtəhsil məktəblərində öyrədilməsində ənənəvi və fəal təlim metodlarının qarşılıqlı əlaqədə tətbiqi daha əhəmiyyətlidir. Lakin bununla da məhdudlaşmaq olmaz. Bu gün pedaqoji ədəbiyyatda belə bir fikir var ki, təlimin səmərəliliyi müxtəlif texnologiyaların qarşılıqlı əlaqədə tətbiqindən əhəmiyyətli dərəcədə asılıdır. Təəssüf ki, bu problem metodik ədəbiyyatımızda çox zəif işıqlandırılıb. Halbuki müxtəlif texnologiyalar haqqında artıq kifayət qədər elmi-nəzəri fikirlər səsləndirilmiş, yazılar çap olunmuşdur. Metodik ədəbiyyatda belə bir fikir də hökm sürür ki, müxtəlif texnologiyaların qarşılıqlı əlaqədə tətbiqi asan deyildir və bunun məktəbdə uğurla reallaşdırılması üçün metodik tövsiyələrə ciddi ehtiyac vardır. Doğrudan da, yeni təlim texnologiyalarında mübahisəli, ziddiyyətli məsələlərlə yanaşı, mürəkkəblik də çoxdur. Bütün bunların həllini müəllimin öhdəsinə buraxmaq doğru olmazdı. Məsələnin başqa tərəfi də var; texnologiyalarda oxşar cəhətlər çoxdur. Məsələn, elə təlim metodları var ki, texnologiyaların əksəriyyətində onlardan istifadə olunur. Yaxud müəyyən texnologiyada tətbiq olunan iş növləri məzmununa görə digər texnologiyada istifadə olunanlarla üst-üstə düşür. Burada qəbahət yoxdur, əksinə, onların uzlaşdırılması işi xeyli asanlaşmış olur.
Deyilənlərdən bir daha aydınlaşır ki, bütün bu məsələlərin elmi-nəzəri izahı ilə məhdudlaşmaq yox, məktəbə praktik kömək göstərmək vacibdir.

Soltan Hüseynoğlu
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti