Türkiyədəki zəlzələdə ölən və ya yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır - XİN

Türkiyədəki zəlzələdə ölən və ya yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır - XİN

Bakı. TurkicWorld:

Bu gün gecə Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 76-dən çox insan ölüb, 440 nəfər yaralı var.

Xarici İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Türkiyədəki zəlzələdə ölən və ya yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır.

Xatırladaq ki, Türkiyədəki zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub.

Ciddi dağıntıların olduğu bildirilir.