Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb

Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb

Bakı. TurkicWorld:

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb.

TurkicWorld-in məlumatına görə bu barədə səfirlyiin tvitter hesabında qeyd edilib.

"Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur", - deyə bildirilib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.