...

Erməni mifinin fransız xalqı üzərində təsiri danılmazdır - "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri

Digər xəbərlər Şərh 16 Noyabr 2022 21:13
TurkicWorld Daspina Hasanova
Erməni mifinin fransız xalqı üzərində təsiri danılmazdır - "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri

Bakı. TurkicWorld:

Erməni mifinin fransız xalqı üzərində təsiri danılmazdır. TurkicWorld-un məlumatına görə bunu, "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri Çingiz Bayramov Fransa Senatının Azərbaycanla bağlı qərəzli qətnaməsinə münasibəti zamanı bildirib.

"Fransanın 15 noyabr 2022 - ci il tarixində Azərbaycana qarşı sanksiyanın tətbiq edilməsi əslində erməni- fransız xalqlarının Azərbaycan və ümumən Türk toplumuna qarşı ortaq irsi xəstəliyinin təzahürüdür. İmkan tapdıqca mənfi xislətlərini göstərirlər. Erməni mifinin fransız xalqı üzərində təsiri danılmazdır. Bu eyni zamanda Fransanın avropanın mərkəzindən, mədəniyyət beşiyi olmasından, ən əsası Centilmen davranışından tamamən uzaqdır. Humanizmin Fransada təşəkkül tapması üçün mütləq xalqın seçkilərdə milli təfəkkürlü və bəşəri dəyərlərə önəm verən siyasiləri dəstəkləmələri vacibdir. Əks halda erməni diasporunun köləsi olmaqda və "işçi" statusu daşımaqda davam edəcəklər" - deyə Bayramov bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti