Son dəqiqə

İslam tarixində Ramazan zəfərləri: Unudulmaz qələbələr Məkkənin fəthi: Ramazan ayının ən böyük hadisəsi Tarixin gedişatını dəyişən Fəthül-fütuh haqqında faktlar Ramazanda qazanılan strateji hərbi uğurlar: Bədrdən Məkkəyə Məkkə necə fəth olundu? Qan tökülmədən qazanılan zəfər İslam ordusunun Ramazan yürüşü: 10 minlik ordunun zəfəri

İslam tarixində Ramazan zəfərləri: Məkkənin fəthi

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Ramazan ayı İslam aləmində təkcə oruc və ibadət ayı deyil, həm də müsəlmanların tarixin gedişatını dəyişən mühüm hərbi qələbələr qazandığı bir vaxt kəsiyidir. İslam tarixinin ən parlaq səhifələri sayılan Bədr döyüşü, Məkkənin fəthi, Qadisiyyə və Ayn Calut kimi həlledici qələbələr məhz bu mübarək ayda əldə edilib.

Bu zəfərlər arasında xüsusi çəkisi olan Məkkənin fəthi müsəlmanların qətiyyəti və strateji gedişləri nəticəsində qan tökülmədən reallaşıb. Müşriklərin Hüdeybiyyə müqaviləsinin şərtlərini pozması və Bəni Bəkir qəbiləsi ilə ittifaqdan imtina etməməsi bu böyük yürüşün əsas səbəbi olub. Qureyşlilərin rəhbəri Əbu Süfyanın Mədinəyə gələrək müqaviləni yeniləmək cəhdləri nəticəsiz qaldıqdan sonra, Peyğəmbərimiz (s.ə.s) Məkkəyə doğru hərəkət əmrini verib.

Hicrətin 8-ci ilində, Ramazan ayının 10-da 10 minlik böyük bir ordu ilə yola çıxan İslam qoşunu strateji gizliliyi qorumaqla düşməni hazırlıqsız yaxalayıb. Ordunun əzəməti qarşısında müqavimətin mənasız olduğunu anlayan Əbu Süfyan və bərabərindəki heyət İslamı qəbul edərək Məkkəyə qayıdıb. Məkkəlilərə Məscidül-Hərama və ya öz evlərinə sığınmaq tövsiyə edilib ki, bu da şəhərin təslim olması mənasına gəlib. Tarixə "Fəthül-fütuh" (fəthlərin fəthi) kimi düşən bu hadisə, İslamın geniş yayılmasında ən mühüm dönüş nöqtəsi hesab olunur.