...

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Digər xəbərlər Digər xəbərlər 8 Sentyabr 2022 09:36
TurkicWorld Daspina Hasanova
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Bakı. TurkicWorld:

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti