Trend BİA - 27 il: uğurlu ölkənin uğurlu agentliyi

Trend BİA - 27 il: uğurlu ölkənin uğurlu agentliyi

Bu gün, sentyabrın 1-də Trend Beynəlxalq Müstəqil İnformasiya Agentliyi 27 illiyini qeyd edir.

"Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın bilavasitə qayğısı ilə diqqəti sayəsində ölkə medisı inkişafının yeni mərhələsinə qədəm qoyub. Jurnalistikanın, Azərbaycan mediasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Nəticədə gənclərin mediaya marağı artıb, peşəkar jurnalist kadrları uğurla formalaşmaqdadır. Məhz dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində medianın hərtərəfli inkişafı üçün yaradılmış əlverişli mühit Azərbaycan və beynəlxalq informasiya məkanında Trend-in uğurlu yolunun bünövrəsi oldu", - Trend BİA-nın baş redaktoru Emin Əliyev Day.Az-a bildirib.

Onun sözlərinə görə, ötən təqribən üç onillik ərzində agentlik keyfiyyətdə əhəmiyyətli irəliləyişə nail olub: indi Trend-in oxucuları və tərəfdaşları xəbərləri, informasiyanı və analitik məhsulları dünyanın aparıcı işgüzar KİV-lərinin analoji həllərindən geri qalmayan yeni nəsil rəqəmsal platformanın köməyi ilə əldə edirlər.

"Trend-in rəqəmsal platforması "Made in Azerbaijan" olmaqla yanaşı, Trend BİA-nın ölkədə fəal tətbiq etdiyi və xaricə ixrac etdiyi unikal məhsuldur", - E.Əliyev deyib.

Trend BİA-nın baş redaktoru Emin Əliyevin sözlərinə görə, agentliyin daha bir uğuru İran, Gürcüstan və Orta Asiya ölkələrinin media məkanında rəqabətə davamlı səviyyədə fəaliyyətdir.

"2010-cu ildə "Moody's International" Trend-in statusunu beynəlxalq səviyyəli menecmentə malik şirkət qismində təsdiqləyəndən sonra agentlik ən nüfuzlu informasiya bazalarına çıxış əldə etdi. Bunun nəticəsi olaraq hazırda agentliyin yüzlərlə gündəlik xəbəri transmilli mediada dərc olunur.

İndi Trend BİA-nın tərəfdaş şəbəkəsində onlarla nüfuzlu beynəlxalq və regional media strukturları, o cümlədən Türkiyənin "Demiroren" informasiya agentliyi və "Albayrak" Media Qrupu, "Sinhua" (Çin), "UzA" (Özbəkistan), "Kazinform" (Qazaxıstan) və s. var.

"Bununla yanaşı, özəl müstəqil agentlik olan Trend Avropada bir neçə törəmə informasiya layihəsi təsis edib ki, onların çərçivəsində Avstriyanın Ticarət-Sənaye Palatasına üzv olacaq Dasfazit.at, habelə NewsGrab.com və Lagazetteaz.fr kimi resurslar fəal inkişaf edərək oxucu auditoriyasını genişləndirir. İnformasiya resurslarımızın Avropanın informasiya və reklam bazarlarında möhkəmlənməsi ölkəmizin maraqlarını daha geniş miqyasda təmsil edərək qorumağa imkan verəcək", - E.Əliyev deyib.