Türkiyənin ən böyük universitet kitabxanasının bu gün açılışı olacaq

Türkiyənin ən böyük universitet kitabxanasının bu gün açılışı olacaq

Bakı. TurkicWorld:

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkənin ən böyük universitet kitabxanasının açılış mərasimi keçiriləcək. TurkicWorld-un məlumatına görə, İstanbul Mədəniyyət Universitetinin Ziraat Bankı Kitabxanasında istifadəçilər üçün şkaflarından tutmuş avtomobil qarajlarına, məsciddən konfrans zallarına qədər hər cür şərait yaradılıb.

Məlumata görə, tikintisi 93 milyon lirəyə başa gələn kitabxanda tək və çoxlu iş masaları, iş otaqları, istirahət və ağıl oyunları sahələri hazırlanaraq müasir kitabxanaçılığın bütün imkanları ilə təchiz edilib.

7/24 rejimi ilə fəaliyyət göstərəcək kitabxandan eyni zamanda 3 min nəfər istifadə edə biləcək. Bununla yanaşı, kitabxanadan yalnız tələbələr deyil, şəhər sakinləri də yararlana biləcək.