Türkiyə xüsusi xidmət orqanları PKK liderlərindən birini məhv edib

Türkiyə xüsusi xidmət orqanları PKK liderlərindən birini məhv edib

Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında PKK terror təşkilatının liderlərindən olan "Dersim Malatya" kod adı ilə tanınan İzzəddin İnanı məhv edib.

TurkicWorld xəbər verir ki, terrorçu Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) İraqın şimalındakı Duhok və Qara bölgələrində keçirdiyi əməliyyat nəticəsində məhv edilib.

İ.İnan terror təşkilatının digər üzvləri ilə görüşü zamanı zərərsizləşdirilib.