Türkiyədə "Qarabağ Parkı" salınıb

Türkiyədə "Qarabağ Parkı" salınıb

Bakı. TurkicWorld:

Türkiyənin Batman şəhərində tarixi Qarabağ Zəfərinin qazanılması münasibətilə Qarabağ Parkı salınıb.

TurkicWorld Batman bələdiyyəsinə istinadla xəbər verir ki, iyunun 30-da parkın açılış mərasimi keçiriləcək.

Batman bələdiyyəsini məlumatına görə, ümumilikdə 15 min 397 kvadratmetr ərazini əhatə edən park ən müasir arxitektura əsasında qurulub. Burada uşaq əyləncə məkanı, istirahət yerləri, fəvvarələrdən ibarət bölmələr və s. qurulub.

Rəsmi hissə və bədii proqramdan ibarət açılış mərasimində dövlət rəsmiləri, yerli ictimaiyyətin təmsilçiləri iştirak edəcəklər.