...

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğınla mübarizəyə başlayıb (FOTO/VİDEO)

Digər xəbərlər Digər xəbərlər 24 İyun 2022 12:25
TurkicWorld Daspina Hasanova
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğınla mübarizəyə başlayıb (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğınla mübarizəyə başlayıb.

Fövqəladə Hallar Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

"Bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb", - məlumatda deyilir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti