Azərbaycanın amfibiya tipli təyyarəsi yaxın saatlarda Türkiyənin Muğla bölgəsinə yola düşəcək

Azərbaycanın amfibiya tipli təyyarəsi yaxın saatlarda Türkiyənin Muğla bölgəsinə yola düşəcək

Bakı. TurkicWorld:

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

TurkicWorld-un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.