...

Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib

Digər xəbərlər Digər xəbərlər 22 İyun 2022 09:30
TurkicWorld Daspina Hasanova
Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Muğla vilayətində yerləşən meşəlik ərazilərdə üç fərqli nöqtədə eyni zamanda yanğın baş verib.

TurkicWorld xəbər verir ki, hadisə ilə bağlı məlumat verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi hazırda yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini bildirib.

Son məlumata əsasən, güclü külək səbəbindən yanğını nəzarət altına almaq mümkün deyil. Havanın qaralması ilə təyyarə və helikopterlərin yanğına müdaxiləsi də çətinləşib. Yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.

Bölgəyə çox sayda yanğınsöndürən maşın və 600-ə yaxın canlı qüvvə cəlb olunub.

Məqalədə:
Xəbərlər

Xəbər lenti