...

Türkiyə minatəmizləmə maşınlarının ixracına başlayıb

Digər xəbərlər Digər xəbərlər 17 İyun 2022 10:32
TurkicWorld Daspina Hasanova
Türkiyə minatəmizləmə maşınlarının ixracına başlayıb

Bakı. TurkicWorld:

Türkiyə Milli Müdafiə Nazirliyinə tabe olan ASFAT (Askeri Fabrika ve Tersane İşletme A.Ş.) tərəfindən istehsal edilən yerli minatəmizləmə maşını olan MEMATT-a bir çox ölkədən tələbat artıb. TurkicWorld-un məlumatına görə, Türkiyə müdafiə sənayesi yerli mal itxalını 80 faizdən çox artırıb.

MEMAAT piyada əleyhinə minaları zərərsizləşdirmək və sahədə mövcud bitki örtüyünü təmizləmək üçün ən son texnologiya ilə dizayn edilib. Dünyanın ən sərt lövhəsi olan Armoks 500T ilə örtülərək mina partlamalarına davamlı hala gətirilən MEMATT uzaqdan idarə oluna bilir. Saatda 4 kilometr sürətlə hərəkət edə bilən qazma qurğusu 25 santimetr dərinliyə enə və 1,7 metr enində və 1 kilometr ərazidəki minaları 1 saata təmizləyə bilir.

Qeyd edək ki, bugünədək ümumilikdə 24 MEMATT satılıb ki, onlardan 20-si Azərbaycan tərəfindən alınıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti