...

"Teknofest" texnologiyanın inkişafında əhəmiyyətli rola sahib olacaq - Mehmet Fatih Kaçır (ÖZƏL)

Digər xəbərlər Digər xəbərlər 26 May 2022 16:59
TurkicWorld Daspina Hasanova
"Teknofest" texnologiyanın inkişafında əhəmiyyətli rola sahib olacaq - Mehmet Fatih Kaçır (ÖZƏL)

Bakı. TurkicWorld:

"Teknofest"in Azərbaycanda keçirilməsindən çox böyük qürur duyuruq.

Bunu TurkicWorld-ə özəl açıqlamasında Türkiyə Sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kaçır deyib.

Onun sözlərinə görə, festivalda həm Türkiyənin, həm də Azərbaycanın milli və yüksək texnologiyaları sərgilənir.

“Eyni zamanda, hər iki ölkənin hava qüvvələri festivalda şourlar göstərəcək. "Teknofest"i ilk dəfə Türkiyə hüdudlarından kənarda - Azərbaycanda keçirdiyimiz üçün çox qürurluyuq. Bu festival texnologiyanın inkişafında əhəmiyyətli rola sahib olacaq. İldən-ilə bu həyəcanın, inkişafına, genişlənməsinə və bütün Türk dünyasını əhatə etməsinə ümid edirik”, - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbərlər

Xəbər lenti