Son dəqiqə

Nimra məscidi

Ərəfatdakı Nimra Məscidi

Bakı, TurkicWorld/ ArabAz

Nimra məscidi Ərəfatda, Vadi Arna tərəfində yerləşir və onun bir çox adı var, o cümlədən “İbrahim Əl-Xəlil məscidi, Ərəfə məscidi və Ərna məscidi. Müxtılif adlarla tanınan bu məscid Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xütbə oxuduğu yerdə tikilmişdir.

O bu yerdə dünyaya ibrət olan vida xütbəsini edib. Bu xütbə sözün əsl mənasında bəşəriyyətə böyük bir örnək və yol göstərən bir xütbə idi.

Məscid Abbasi xilafəti dönəmində zəvvarların qızdırıcı günəşdən qorunması üçün inşa edilib.Ərəfat zamanı xütbə deyilən İslam mədəniyyəti incisi olan bu məscidin ilk binası Əl-Cavad Əl-İsfahani tərəfindən hicri 559-cü ildə inşa edilir,daha sonra, Məmlüklər dövründə, birincisi padşah Müzəffər Seyfəddin Qutuzun əmri ilə hicri 843-cü ildə, 884-cü ildə Sultan Qaytbəyin əmri ilə bərpa edilir, Osmanlı dövründə hicri 1271-ci ildə məscid yenidən bərpa olunur.
Səudiyyə Krallığı quruldan sonra isə məsciddə ciddi genişlındirmə işləri aparılıb. Onun şərqdən qərbə uzunluğu 340 metr, şimaldan cənuba eni isə 240 metr, sahəsi isə 110 min kvadratmetrdən çox olub. .

Məscidin hər birinin hündürlüyü 60 metr olan altı minarəsi, üç günbəzi və 64 qapısı olan on girişi var.

Ərəfə günü xütbəni, zöhr və ikindi namazlarını birbaşa peyk vasitəsilə yayımlamaq üçün təchiz olunmuş xarici radio otağı var.

Nimra Məscidi Məkkə bölgəsində Məscidül-Məsciddən sonra ikinci ən böyük məscid hesab edilir, çünki burada 400 minə yaxın ibadət edə bilir.