Türk ordusu 43 terrorçunu məhv etdi

Türk ordusu 43 terrorçunu məhv etdi

"Əl Babda ən az 9 mülki vətəndaşı qətlə yetirən PKK/YPG terror təşkilatından etdiklərinin hesabı misli ilə soruşuldu".

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, "Barış Pınarı" və "Fərat Qalxanı" bölgələrində qısa zaman ərzində 43 PKK/YPG terrorçusunun məhv edilib:

"Əl Bab, Dadat, Cibrin və Tall Malid bölgələrindəki bazalarımıza atəş açan terrorçulara cavab zərbələri endirildi, ən azı 34 terrorçu zərərsizləşdirildi. Biz şəhidlərimizin qanını yerdə qoymamışıq və qoymayacağıq!".