Bakı, TurkicWorld
Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin edilir.
TurkicWorld-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
İclasda Ali Məhkəməyə, Naxçıvan Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi müzakirəyə çıxarılıb.
Qeyd edək ki, hakim təyinatları əsasən hakimlərin yerdəyişməsi ilə əlaqədardır.