Şəhidlər Xiyabanında 20 yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır

Şəhidlər Xiyabanında 20 yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır

20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən, Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanılıb.

TurkicWorld-un məlumatına görə, faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Şəhidlər Xiyabanı və ətrafında təmizlik və abadlıq işləri aparılır.

Cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilir, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.

İşlərin yanvarın 19-da yekunlaşdırılması planlaşdırılır.