Erməni sakinlər azərbaycanlıların onlara münasibət göstərməsindən razı qalıblar

Bakı. TurkicWorld:

Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Qarabağdan Ermənistana yenicə yola düşən erməni sakinlər azərbaycanlıların onlarla rəftarından məmnundurlar.

TurkicWorld xəbər verir ki, bu sakinlərdən biri onlarla yaxşı rəftar edildiyini qeyd edib.

"Biz bunu gözləmirdik", - deyə o bildirib.

Beləliklə, erməni təbliğatçılarının guya azərbaycanlıların Qarabağda erməni əsilli mülki şəxslərə qarşı "qəddar rəftarına" dair mifi növbəti dəfə iflasa uğradı.

TurkicWorld həmin görüntüləri təqdim edir: