Fransa Ukraynaya uzaqmənzilli raketlər göndərəcək - Makron

Fransa Ukraynaya uzaqmənzilli raketlər göndərəcək - Makron

Bakı. TurkicWorld:

Fransa Ukraynaya uzaqmənzilli raketlər göndərəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Fransa prezidenti Emmanuel Makron bugünki Vilnüs sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

"Rusiyanın Ukraynaya davam edən işğalına qarşı Fransa Ukraynaya uzaqmənzilli raketlər göndərəcək. Ukraynanın öz ərazi bütövlüyünü qorumaq prinsipini dəstəkləyərək, dərin hücumların qarşısını alacaq silah və hərbi texnikanı artırmağı qərar verdim",- deyə Fransa prezidenti qeyd edib.

Qeyd edək ki, NATO Sammitində bir çox liderlə görüşəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ilk olaraq, Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Xatırladaq ki, Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edir.